Şəmkirdə “Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” mövzusu müzakirə olunub
Fevralın 19-da Şəmkir rayon Zəyəm qəsəbəsindəki Ə.Cəmilov adına tam orta məktəbdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qazax-Tovuz regional bölməsi və Şəmkir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin regional bölməsinin müdiri vəzifəsini icra edən Pərvin Zeynalov, İcra Hakimiyyətinin əməkdaşı Ruhid Hacıyev, müəllim və şagirdlər iştirak ediblər.
Çıxışlar zamanı məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər haqqında ətraflı məlumat verilib. Bildirilib ki, gənclərin zərərli vərdişlərdən və radikal dini təsirlərdən qorunmasında onların mənəvi dünyagörüşlərinin inkişaf etdirilməsi olduqca vacibdir.
Tədbirin sonunda qarşılıqlı fikir mübadiləsi aparılıb.

