Şəmkirdə maarifləndirmə tədbiri təşkil olunub
Noyabrın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qazax-Tovuz regional bölməsi və Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) təçkilatçılığı ilə Zəyəm qəsəbəsi Salahəddin Məmmədov adına tam orta məktəbində “Dəmir yumruq: güclü lider, rəşadətli ordu və xalq birliyinin təcəssümü” mövzusunda maarifləndirmə tədbiri təşkil olunub.
Tədbirdə Dövlət Komitəsinin Qazax-Tovuz regional bölməsinin aparıcı məsləhətçisi Vüqar Əliyev, Şəmkir RİH-in əməkdaşı Ruhid Hacıyev, müəllimlər və şagirdlər iştirak ediblər.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda müxtəlif millətlərə mənsub olan, fərqli dinlərə sitayiş edən hər bir Azərbaycan vətəndaşının 44 günlük Vətən müharibəsində ölkə başçısının ətrafında “dəmir yumruq” kimi birlik nümayiş etdirdiyi diqqətə çatıdırılıb. Vurğulanıb ki, bu birlik nəticəsində əzəli Azərbaycan torpaqları düşmən işğalından azad edilib və ən yeni Azərbaycan tarixi yazılıb.
Tədbir müzakirələrlə davam etdirilib.