Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
20.04.2023 / Bölgə xəbərləri

Şəmkirdə maarifləndirmə tədbiri keçirilib

Aprelin 20-də Şəmkir rayonunda Hərbi Polis Bölməsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsi və Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə "Milli-mənəvi dəyərlərimiz və hərbi qulluqçular arasında vətənpərvərlik ruhunun yüksəldilməsində dini dəyərlərin rolu" mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, Şəmkir RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ruhid Hacıyev, Hərbi Polis Bölməsinin məsul əməkdaşı Rauf Eminli və bölmənin şəxsi heyəti  iştirak ediblər.

Çıxış edən natiqlər vətənpərvərlik ruhunun yüksəldilməsində mənəvi və dini dəyərlərin rolunu qeyd ediblər. Vurğulanıb ki, 44 günlük Vətən müharibəsinin Azərbaycanın qələbəsi ilə başa çatmasını təmin edən mühüm amillərdən biri də məhz gənclər arasında vətənpərvərlik ruhunun aşılanması ilə bağlı uğurlu işin aparılmasıdır.