Şəmkirdə maarifləndirmə tədbiri keçirilib
Martın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsi, Şəmkir Rayon İcra Hakimiyyəti (RİH), Rayon Təhsil Şöbəsi və Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Şəmkir rayon Kür qəsəbə H.Z.Tağıyev adına tam orta məktəbində "Uşaqların vətənpərvərlik və tolerantlıq ruhunda tərbiyəsinin mənəvi aspektləri" mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, Şəmkir RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ruhid Hacıyev, Şəmkir RPŞ-nin əməkdaşı Emin Quliyev, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Çıxışçılar uşaqların vətənpərvərlik və tolerantlıq ruhunda tərbiyəsinin, dövlətin və xalqın gələcək inkişafının əsas istiqamətlərindən olduğunu qeyd ediblər. Gələcək nəslin vətənpərvər böyüməsi üçün təhsilin rolu qeyd olunub.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

