Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
28.11.2025 / Bölgə xəbərləri

Şəmkirdə “Dini plüralizm və suverenliyin qorunmasında tolerantlığın rolu” mövzusu müzakirə olunub

Noyabrın 25-də Şəmkir şəhər Əhməd Cavad adına tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qazax-Tovuz regional bölməsi və Rayon Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı ilə “Dini plüralizm və suverenliyin qorunmasında tolerantlığın rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Qazax-Tovuz regional bölməsinin əməkdaşı Vüqar Əliyev, İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ruhid Hacıyev, rayon Gənclər və İdman Sektorunun baş məsləhətçisi Pərvin Gözəlov,  müəllimlər və məktəblilər iştirak ediblər.

Çıxışlarda bildirilib ki, Azərbaycanın çoxkonfessiyalı və çoxmədəniyyətli cəmiyyəti əsrlər boyu qarşılıqlı hörmət və dinc birgəyaşayış ənənələri üzərində formalaşıb. Vurğulanıb ki, dini plüralizmin qorunması dövlətin suverenliyinin və ictimai sabitliyin möhkəmlənməsində mühüm rol oynayır.

Tədbir müzakirələrlə davam etdirilib.