Şəmkirdə “Azərbaycançılıq: milli ideologiyamızın zirvəsi” mövzusunda tədbir keçirilib
Oktyabrın 28-də Şəmkir rayonu Səməd Vurğun adına Düzqışlaq kənd tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Qazax-Tovuz regional bölməsi və Şəmkir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycançılıq: milli ideologiyamızın zirvəsi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Qazax-Tovuz regional bölməsinin əməkdaşı Vüqar Əliyev, İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının nümayəndələri, müəllimlər və məktəblilər iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, azərbaycançılıq ideologiyası xalqımızın milli birliyini, dövlətçilik ənənələrini və mənəvi dəyərlərini özündə birləşdirən əsas ideoloji təməl daşıdır. Natiqlər vurğulayıblar ki, bu ideologiya müasir Azərbaycan dövlətinin inkişafına, cəmiyyətin həmrəyliyinə və milli kimliyin qorunmasına xidmət edir. Gənc nəslin azərbaycançılıq ruhunda tərbiyə olunmasının və milli-mənəvi dəyərlərə sadiq vətəndaş kimi yetişməsinin vacibliyi də qeyd olunub.

