Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
15.10.2025 / Bölgə xəbərləri

Şəmkir rayonunda yerləşən hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Oktyabrın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qazax-Tovuz regional bölməsi və 7-ci Hərbi Polis bölməsi tərəfindən Şəmkir rayonunda yerləşən "N" saylı hərbi hissədə “Azərbaycan: Ənənəvi İslam və xarici təsirlər” mövzusunda maarifləndirici tədbir təşkil olunub.
Tədbirdə Dövlət Komitəsinin Qazax-Tovuz regional bölməsinin əməkdaşı Vüqar Əliyev, Şəmkir şəhər “Cümə” məscidinin imamı Elmar Rzayev, hərbi hissənin İdeoloji iş və mənəvi-psixoloji təminat bölməsinin rəisi Tariyel Süleymanov və şəxsi heyət iştirak edib.
Çıxışlar zamanı Azərbaycanın əsrlər boyu formalaşmış dini-mənəvi dəyərləri, ənənəvi İslamın tolerantlıq və mərhəmət prinsipləri önə çəkilib. Vurğulanıb ki, ölkəmizdə din-dövlət münasibətləri sağlam əsaslar üzərində qurulub və radikal dini cərəyanlara qarşı ardıcıl mübarizə aparılır. Eyni zamanda hərbi qulluqçuların dini maarifləndirilməsi və düzgün məlumatlandırılması istiqamətində belə tədbirlərin əhəmiyyəti xüsusi qeyd olunub.
Sonda iştirakçılar mövzu ətrafında fikir mübadiləsi aparıblar.