Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
22.08.2023 / Bölgə xəbərləri

Şəkidə yerləşən cəzaçəkmə müəssisəsində maarifləndirmə tədbiri keçirilib

Avqustun 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki  bölgəsi üzrə şöbəsi və Şəki cəzaçəkmə müəssisəsinin birgə təşkilatçılığı ilə “Multikultural cəmiyyətdə məzhəbçilik və dini təəsübkeşlik meyillərinin yaratdığı problemlər” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Taleh Abdullayev, QMİ-nin bölgə qazısı Kamran Məmmədov, regional Ədliyyə İdarəsinin rəis müavini Elçin Cəfərov, cəzaçəkmə müəssisəsinin əməkdaşları, eləcə də məhbuslar iştirak ediblər.

Çıxışlarda bu gün Azərbaycanın dini radikalizm və ekstremizmə qarşı kəskin mübarizə apardığı, ölkəmizin dünyada tolerantlıq, dinlər və mədəniyyətlərarası dialoq prosesinin ən aktiv iştirakçılarından biri olduğu diqqətə çatdırılıb. Natiqlər xalqımızın tarixi köklərə söykənən milli-mənəvi dəyərlərindən, ölkəmizdə hökm sürən multikulturalizm və tolerantlıqdan danışaraq bu kimi tədbirlərin gənc nəsil üçün müsbət nəticələrini qeyd ediblər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.