Şəkidə “Yeniyetmə və gəncləri dini radikalizm və ekstremizm təhlükəsindən qoruyaq” mövzusu müzakirə edilib
Avqustun 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsinin və Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Şəki-Oğuz bölgəsi üzrə Qazılığın birgə təşkilatçılığı ilə şəhər mərkəzi “Cümə” məscidində “Yeniyetmə və gəncləri dini radikalizm və ekstremizm təhlükəsindən qoruyaq” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Saleh Məmmədov, QMİ-nin Şəki-Oğuz bölgəsi üzrə qazısı Kamran Məmmədov və din xadimləri iştirak ediblər.
Çıxışlar zaman dini radikalizmin və ekstremizmin mahiyyətindən, törədə biləcəyi fəsadlardan bəhs olunub. Həmçinin qeyd edilib ki, istənilən ölkədə dini radikalizm və ekstremizmin əhatə dairəsinin genişlənməsi həmin ölkədə ictimai-siyasi sabitliyi poza, milli təhlükəsizlik risklərini artıra bilər. Bu təhlükəyə qarşı mübarizənin isə yalnız dini sahadə maarifləndirilmə işlərinin aparılması ilə mümkün olduğu vurğulanıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
