Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
10.01.2025 / Bölgə xəbərləri

Şəkidə “Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin yeri” mövzusu müzakirə olunub

Yanvarın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki regional bölməsi, Şəki Şəhər İcra Hakimiyyəti (ŞİH) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Şəki-Oğuz bölgəsi üzrə qazılığının birgə təşkilatçılığı ilə “Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin yeri” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Şəki regional bölməsi müdiri vəzifəsini icra edən Pərvin İsmayılov, Şəki ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Sadiq Yusifov, QMİ-nin bölgə qazısı Kamran Məmmədov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.

Çıxış edənlər qeyd ediblər ki, xalqımızın formalaşması və milli dövlətçiliyin möhkəmlənməsində mühüm rol oynayan milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün daha aktualdır. Vurğulanıb  ki, 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını təmin edən tarixi Zəfər onun siyasi, iqtisadi, diplomatik və hərbi qüdrətini, o cümlədən xalqımızın milli birliyini və sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirib.

Tədbir müzakirələrlə  işini yekunlaşdırıb.