Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
26.09.2025 / Bölgə xəbərləri

Şəkidə “Vətənpərvərlik nümunəsi: şəhidlik və qazilik məqamı” mövzusu müzakirə olunub

Sentyabrın 24-də Şəki şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki regional bölməsinin təşkilatçılığıilə “Vətənpərvərlik nümunəsi: şəhidlik və qazilik məqamı” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Şəki regional bölməsinin məsləhətçisi Minarə Məmmədhüseynova, müəllimlər və şagirdlər iştirak ediblər.

Çıxışlar zamanı qeyd olunub ki, azərbaycanlılar milli-mənəvi dəyərləri ilə dünya xalqları arasında seçilirlər. Xalqımız bu dəyərlərə həssaslıqla yanaşır, onları qoruyub saxlayır. O da bildirilib ki, şəhidlik və qazilik anlayışları Azərbaycan cəmiyyətində ali dəyərlər kimi qəbul olunur.

Tədbir müzakirələrlə davam etdirilib.