Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
01.03.2024 / Bölgə xəbərləri

Şəkidə və Ucarda maarifləndirmə tədbirləri keçirilib

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir.

Martın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Şəki rayonunun Şin kənd tam orta məktəbində “Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın bölgə şöbəsinin əməkdaşı Saleh Məmmədov, QMİ-nin Şəki-Oğuz bölgəsi üzrə qazısı Kamran Məmmədov, müəllimlər və şagirdlər iştirak ediblər.

***

Martın 1-də Ucar rayonunda "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində "Əhalinin ekaloji təhlükəsizliyinin təmin edilməsində gənclərin rolu" mövzusu müzakirə olunub. Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Gənclər və İdman İdarəsinin sektor müdiri Əhliman İbrahimov, rayon ağsaqqalları, gənclər və məktəb müəllimləri iştirak ediblər.

Çıxışlarda mövzular barədə ətraflı məlumat verilib. Bu cür maarifləndirmə tədbirlərinin əhəmiyyəti yüksək qiyəmtləndirilib.

Hər iki tədbir müzakirələrlə davam edib.