Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
06.05.2025 / Bölgə xəbərləri

Şəkidə “Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətləri” mövzusunda tədbir təşkil olunub

Mayın 6-da Şəki rayonu Baş Zəyzid kənd tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki regional bölməsinin və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Şəki rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətləri” mövzusunda maarifləndirici tədbir keçirilib.
Dövlət Komitəsinin Şəki regional bölməsinin məsləhətçisi Minarə Məmmədhüseynova, məktəb rəhbərliyi və şagirdlərin iştirakı ilə keçirilən tədbirdə Ulu Öndərin həyata keçirdiyi düşünülmüş daxili siyasət sayəsində ölkəmizdə milli özünüdərk, vətənpərvərlik və dövlət-din münasibətlərinin gücləndirilməsi baxımından atılmış addımlardan bəhs edilib.

Çıxışlarda milli şüurun inkişafı ilə yanaşı, Azərbaycanın dövlət-din münasibətləri modelinin möhkəmləndirilməsinin vacibliyi qeyd olunub. Vurğulanıb ki, dövlət maraqlarının qorunması, vicdan azadlığının təmin olunması və dini konfessiyalar arasında qarşılıqlı etimadın gücləndirilməsi böyük əhəmiyyət kəsb edir.