Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
24.06.2023 / Bölgə xəbərləri

Şəkidə “Qızların təhsildən yayındırılmasının hüquqi və mənəvi məsuliyyəti” mövzusunda tədbir keçirilib

İyunun 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki  bölgəsi üzrə şöbəsinin və Şəki şəhər mərkəzi “Cümə” məscidinin nəzdində fəaliyyət göstərən Şəki mərkəzi Qız Quran kursunun birgə təşkilatçılığı ilə  “Qızların təhsildən yayındırılmasının hüquqi və mənəvi məsuliyyəti” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı  Minarə Calalzadə, Şəki mərkəzi Qız Quran kursunun müəlliməsi Rahilə Babayeva, kursun müəllim və tələbələri iştirak ediblər.

Çıxışlar zamanı təhsil hüququnun qanunvericiliyimizdəki yerindən, mahiyyətindən və cəmiyyətimizə göstərdiyi müsbət təsirlərdən bəhs edilib, həmçinin təhsilin qızlar üçün önəmi vurğulanıb. Eyni zamanda qızların təhsilindən yayınmasına təsir edən amillərdən ən vacibi olan erkən yaşda nikaha məcbur edilmə hallarının yolverilməzliyi barədə geniş şəkildə tədbir iştirakçılarına məlumat verilib.

Sonda videoçarx nümayiş olunub.