Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
29.09.2023 / Bölgə xəbərləri

Şəkidə “Narkomaniyaya qarşı mübarizədə dini icmaların rolu” mövzusunda tədbir keçirilib

Sentyabrın 29-da Dini  Qurumlarla  İş üzrə Dövlət Komitəsinin (DQİDK)  Şəki bölgəsi  üzrə  şöbəsi və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şəki İslam Kollecində “Narkomaniyaya qarşı mübarizədə dini icmaların rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Saleh Məmmədov, Şəki Şəhər İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Ziyad Əliəkbərli, din xadimləri və kollecin tələbələri iştirak ediblər.

Tədbirin əvvəlində Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlar zamanı narkomaniyanın fəsadlarından və ölkədə narkomaniyaya qarşı aparılan tədbirlərdən bəhs olunub. Sağlam nəslin formalaşdırılması məqsədilə həyata keçirilən tədbirlər sırasında mühüm istiqamətlərdən birinin narkomaniya ilə mübarizə olduğu vurğulanıb. Qeyd edilib ki, müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniyadır. Narkomaniya təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, həm də iqtisadiyyata ciddi zərbə vurur. 

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.