Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
30.09.2024 / Bölgə xəbərləri

Şəkidə "Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər" mövzusu müzakirə olunub

Sentyabrın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki regional bölməsinin təşkilatçılığı ilə Şəki rayonunun İnçə-Zunud kənd tam orta məktəbində “Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Şəki regional bölməsinin məsləhətçisi Minarə Məmmədhüseynova, müəllim və şagirdlər iştirak ediblər.

Çıxışlarda mövzunun əhəmiyyətindən danışılıb və uşaqların sağlam ruhda yetişdirilməsinin vacibliyi vurğulanıb. Milli vətənpərvərlik ruhu aşılayan mənəvi dəyərlərimizin məktəblilərin formalaşmasındakı önəmindən bəhs edilib. Gənclərin bəşəri dəyərlərə hörmətlə yanaşan, mənəviyyatlı, dünyagörüşlü, vətənpərvər kimi yetişməsində ailənin, məktəbin və ictimaiyyətin danılmaz rolunun olduğu qeyd edilib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.