Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
07.06.2023 / Bölgə xəbərləri

Şəkidə “Məişət zorakılığı və dini radikalizm cəmiyyətin bəlasıdır” mövzusu müzakirə edilib

İyunun 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki  bölgəsi üzrə şöbəsi və Şəki Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Folklor Evində “Məişət zorakılığı və dini radikalizm cəmiyyətin bəlasıdır” adlı maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Saleh Məmmədov, Folklor Evinin direktoru Şahmar Əsədov,  Mədəniyyət İdarəsinin əməkdaşı Elvin Qarayev və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Çıxışlar zamanı dini radikalizmin və məişət zorakılığının cəmiyyət üçün törədə biləcəyi fəsadlardan, radikalizmi meydana çıxaran amillərdən, ona qarşı mübarizənin aparılması yollarından, həmçinin məişət zorakılığının uşaqlara, qadınlara və cəmiyyətə mənfi təsirlərindən bəhs olunub. Məişət zorakılığı və dini radikalizmə qarşı mübarizədə təhsilin və  maarifləndirmə prosesinin önəmi vurğulanıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.