Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
06.11.2024 / Bölgə xəbərləri

Şəkidə maarifləndirmə tədbirləri keçirilib

Noyabrın 5-də Şəki İslam Kollecində “Tolerantlığın Azərbaycan modeli” mövzusunda maarifləndirici tədbir təşkil olunub. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki regional bölməsinin əməkdaşı Saleh Məmmədov, müəllim və şagirdlər iştirak ediblər.

***

Daha bir tədbir Şəki şəhər 3 nömrəli tam orta məktəbindəBayraq qürur mənbəyimizdir” mövzusunda baş tutub. Tədbirdə Dövlət Komitəsinin Şəki regional bölməsinin əməkdaşı Mİnarə Məmmədhüseynova, müəllimlər və şagirdlər iştirak ediblər.

Çıxışlarda qeyd olunub ki, tolerantlığın Azərbaycan modeli dünyada ən mükəmməl nümunədir. Vurğulanıb ki, Azərbaycan dövləti mənəvi dəyərlərin qorunmasını, təbliği və təşviqini cəmiyyətin inkişaf meyarlarından biri kimi qəbul edir. Bu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasının və dövlət siyasətinin tərkib hissəsidir. O da qeyd edilib ki, ölkəmizin üçrəngli bayrağı digər bölgələrdə olduğu kimi işğaldan azad olunan ərazilərdə dalğalanmaqdadır. 

Tədbir müzakirələrlə davam etdirilib.