Şəkidə maarifləndirmə tədbirləri keçirilib
Aprelin 17-si və 19-da Şəki Tibb Kollecində və Şəki şəhər 4 saylı musiqi məktəbində “Narkomaniya və onun törətdiyi fəsadlar” mövzusunda tədbirlər keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bölgə şöbəsinin əməkdaşları Saleh Məmmədov, Minarə Məmmədhüseynova, müəllimlər və gənclər iştirak ediblər.
Çıxışlar zamanı narkomaniyanın fəsadlarından danışılıb. Eyni zamanda ölkəmizdə narkomaniyaya qarşı aparılan mübarizə tədbirlərindən bəhs olunub.
Tədbirlər müzakirələrlə davam edib.


