Şəkidə maarifləndirmə tədbiri keçirilib
Martın 11-də Şəki şəhəri N.Gəncəvi adına 7 nömrəli tam orta məktəbdə Dövlət Komitəsinin Şəki regional bölməsinin və Şəki rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə “Erkən nikahın fiziki, mənəvi və psixoloji zərərləri” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Şəki regional bölməsinin məsləhətçisi Minarə Məmmədhüseynova, müəllimlər, psixoloqlar və şagirdlər iştirak ediblər.
Çıxışlarda bu cür tədbirlərin keçirilməsinin əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, erkən nikahlar həm mənəvi-psixoloji, həm də fiziki cəhətdən uşaqların gələcək həyatlarına mənfi təsir edir.
Tədbir müzakirələrlə davam etdirilib.