Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
19.02.2025 / Bölgə xəbərləri

Şəkidə maarifləndirmə tədbiri keçirilib

Fevralın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki regional bölməsinin təşkilatçılığı ilə Şəki Tibb Kollecində “Qızları təhsildən yayındırmağın hüquqi və mənəvi məsuliyyətləri” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Şəki regional bölməsinin aparıcı məsləhətçisi Saleh Məmmədov, “Xan” məscidinin imam müavini Habil Xəlilov, müəllim və tələbələr iştirak ediblər.

Tədbirdə mövzunun aktuallığından bəhs olunub, maarifləndirmə sahəsində görülən işlərdən danışılıb. Qızların təhsildən yayındırılması hallarının səbəb olduğu problemlərə toxunulub. Qız övladlarının təhsil almasının gələcəkdə sağlam cəmiyyətin formalaşmasına böyük töhfə verəcəyi vurğulanıb. 

Tədbirin sonunda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.