Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
20.11.2024 / Bölgə xəbərləri

Şəkidə maarifləndirmə tədbiri keçirilib

Noyabrın 20-də Şəki Tibb Kollecində  “Narkomaniyaya qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki regional bölməsinin əməkdaşı Minarə Məmmədhüseynova, şəhər Polis Şöbəsinin əməkdaşı Səlim Səlimov, müəllim və tələbələr iştirak ediblər.

Çıxışlarda narkomanlığın ictimai bəla olaraq cəmiyyətə ziyanı, bu bəla ilə mübarizədə təbliğat və maarifləndirmə işinin gücləndirilməsi, yeniyetmə və gənclərin sağlam həyat tərzi ruhunda tərbiyə edilməsi, müxtəlif zərərli vərdişlərin yayılmasının qarşısının alınması istiqamətində mütəmadi tədbirlərin təşkil edildiyi diqqətə çatdırılıb. Eyni zamanda natiqlər dövrümüzün bəlası olan narkomaniyanın insanlara vurduğu mənəvi və maddi zərərlərdən danışıblar. 

Tədbir müzakirələrlə davam etdirilib.