Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
29.10.2024 / Bölgə xəbərləri

Şəkidə “Erkən nikah: hüquqi və mənəvi müstəvidə” mövzusunda tədbir təşkil olunub

Oktyabrın 29-da Şəkidə “Erkən nikah: hüquqi və mənəvi müstəvidə” mövzusunda maarifləndirici tədbir təşkil olunub.
Dini Qurumlarla İş üzrə Dövlət  Komitəsinin Şəki regional bölməsinin əməkdaşı Saleh Məmmədov və Şəki şəhəri “Ömər əfəndi” məscidinin imam müavini Araz İbrahimli, müəllimlər və şagirdlər iştirak ediblər.

Çıxışlarda qeyd olunub ki, qızların erkən yaşda ailə həyatı qurmağa məcbur edilməsi onların təhsilinə, bir fərd kimi inkişafına mane olur, psixologiyasına mənfi təsir göstərir. Erkən qurulan ailələrdə nikahın pozulması, xəstə uşaqların dünyaya gəlməsi, məişət zorakılığı, fiziki-psixoloji çətinliklər kimi hallar daha çox müşahidə olunur. Diqqətə çatdırılıb ki, erkən nikahlar zamanı fiziki və psixoloji baxımdan hazır olmadan çox erkən hamiləlik baş verir, doğuş və ölüm riski yaranır, ana və uşaq ölümlərinin sayı artır, yeniyetmələrdə reproduktiv sağlamlıqla bağlı problemlər yaşanır.