Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
27.10.2022 / Bölgə xəbərləri

Şəkidə “Dini radikalizm və onunla mübarizə” mövzusu müzakirə olunub

Oktyabrın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsi, Şəki Şəhər İcra Hakimiyyəti və Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Baş Göynük kənd 1 saylı tam orta məktəbində “Dini radikalizm və onunla mübarizə” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Saleh Məmmədov, İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin böyük məsləhətçisi Anar Məmmədov, Şəki Polis Şöbəsinin əməkdaşları Tural Niftalıyev, müəllimlər, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlar zamanı dini radikalizm və ekstremizmin mahiyyəti, eləcə də yaratdığı fəsadlar barədə məlumat verilib. Eyni zamanda bu istiqamətdə görülən mübarizə tədbirlərindən bəhs olunub. Respublikamızın  tolerant, multikultural dəyərlərlə zəngin bir ölkə olduğu da diqqətə çatdırılıb.

Sonda iştirakçıların sualları cavablandırılıb və mövzu üzrə müzakirələr aparılıb.