Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
20.02.2025 / Bölgə xəbərləri

Şəkidə dini radikalizm mövzusu müzakirə olunub

Fevralın 20-də Oğuz rayonunda Dövlət Komitəsinin Şəki regional bölməsinin və Oğuz Peşə məktəbinin birgə təşkilatçılığı ilə “Radikal dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Şəki regional bölməsinin əməkdaşı Samir Salehov, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlar zamanı dini radikalizm, ekstremizm və onların mahiyyəti, gənclərə psixoloji təsir üsulları barədə məlumat verilib. Dini radikalizm və ekstremizmin vətəndaş cəmiyyəti, hüquqi və demokratik dövlət üçün təhlükə mənbəyi olduğu vurğulanıb.

Tədbir müzakirələrlə davam etdirilib.