Şəkidə “Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsiri” mövzusu müzakirə olunub
Aprelin 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsi və mərkəzi “Cümə” məscidinin nəzdində fəaliyyət göstərən "Şəki mərkəzi qız Quran kursu"nun birgə təşkilatçılığı ilə “Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsiri” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Minarə Cəlalzadə, müəllim və tələbələr iştirak ediblər.
Çıxışlarda Azərbaycanda mövcud olan tolerantlıq və multikultural şəraitdən danışılıb, ölkəmizdə müxtəlif dinlərin və xalqların nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində yaşadıqları qeyd edilib. Eyni zamanda məzhəbçilik və dini təəssübkeşlik meyillərinin multikultural cəmiyyət üçün yad olduğu vurğulanıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

