Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
25.09.2024 / Bölgə xəbərləri

Şəkidə “Dini fanatizm, radikalizm və dini ekstremizmin mahiyyəti və təhlükələri” mövzusu müzakirə olunub

Sentyabrın 24-də Şəki cəzaçəkmə müəssisəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki regional bölməsinin təşkilatçılığı ilə “Dini fanatizm, radikalizm və dini ekstremizmin mahiyyəti və təhlükələri” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şəki regional bölməsinin müdiri vəzifəsini icra edən Taleh Abdullayev və  şəhər mərkəzi “Cümə” məscidinin imamı Əlyəsə Əslanov, cəzaçəkmə müəssisəsinin əməkdaşları və məhbuslar iştirak ediblər.

Çıxışlar zamanı dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri barədə məlumat verilib, bu istiqamətdə dövlətin həyata keçirdiyi tədbirlərdən bəhs edilib. Natiqlər radikal dini təsirlər və yad dini ideologiyalara qarşı mübarizənin vacibliyini qeyd edərək xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin gənclər arasında fəal təbliğ edilməsinin əhəmiyyətini diqqətə çatdırıblar.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.