Şəkidə “Dində sosial ədalət və bərabərlik” mövzusunda maarifləndirici tədbir keçirilib
İyunun 11-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki regional bölməsinin təşkilatçılığı ilə “Dində sosial ədalət və bərabərlik prinsipi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Şəki regional bölməsinin əməkdaşı Minarə Məmmədhüseynova, Karyera Mərkəzinin rəhbəri Xuraman Həmidova, Humanitar fənnlər kafedrasının baş müəllimi Tahir Məhərrəmov və tələbələr iştirak ediblər.
Çıxışlarda dini baxımdan ədalət və bərabərlik anlayışının mahiyyəti izah olunub, Azərbaycan dövlətinin dünyəvi quruluşuna baxmayaraq, İslam dininin cəmiyyət üçün ideoloji dəyər daşıdığı qeyd edilib. Bildirilib ki, ölkəmizdə bütün dini konfessiyalara bərabər münasibət göstərilir, tolerantlıq və multikultural dəyərlər qorunur.
Sonda iştirakçıların sualları cavablandırılıb.


