Şəkidə din xadimlərinin hesabatları dinlənilib
Yanvarın 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsinin və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Şəki-Oğuz bölgə qazılığının birgə təşkilatçılığı ilə şəhər mərkəzi “Cümə” məscidində “2023-cü ilin yekunları və 2024-cü ildə qarşıda duran vəzifələr” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Saleh Məmmədov, QMİ-nin bölgə qazısı Kamran Məmmədov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Ötən il görülən işlər müzakirə olunub. Cari ildə görüləcək işlərlə bağlı din xadimlərinə və dini icma sədrlərinə müvafiq tapşırıq və tövsiyələr verilib.
Tədbir müzakirələrlə davam edib.