Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
21.05.2025 / Bölgə xəbərləri

Şəkidə “28 May – Müstəqillik Günü. Milli birlik və həmrəylik” mövzusunda tədbir keçirilib

Mayın 21-də Şəki şəhər 14 nömrəli tam orta məktəbdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki regional bölməsi və Şəki rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə “28 May - Müstəqillik Günü. Milli birlik və həmrəylik” mövzusunda maarifləndirici tədbir təşkil olunub.
Tədbirdə Dövlət Komitəsinin Şəki regional bölməsinin məsləhətçisi Minarə Məmmədhüseynova, məktəbin rəhbərliyi və şagirdlər iştirak ediblər.
Çıxışlarda Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, qısa müddət ərzində sosial, siyasi və mədəni sahələrdə həyata keçirilmiş islahatlar barədə geniş məlumat verilib. Xüsusilə, Xalq Cümhuriyyəti dövründə qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan olunması və nizami milli ordunun yaradılması kimi mühüm tarixi faktlar vurğulanıb.