Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
30.08.2023 / Bölgə xəbərləri

Şəki şəhərindəki "N" saylı hərbi hissədə maarifləndirici tədbir keçirilib

Avqustun 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsi və Dövlət Sərhəd Xidmətinin (DSX) Şəki Sərhəd Dəstəsinin birgə təşkilatçılığı ilə Şəki şəhərində yerləşən "N" saylı hərbi hissədə "İntihar və özünəxəsarət İslam dinində qəbuledilməzdir" mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Saleh Məmmədov, Şəki şəhər “Xan” məscidinin imamı Vüqar Məmmədov, psixoloq Aytəkin Qurbanova və əsgərlər iştirak ediblər.

Çıxışlar zamanı mövzunun aktuallığı qeyd olunub, bu cür maarifləndirmə tədbirlərinin hərbi hissələrdə keçirilməsinin vacibliyi diqqətə çatdırılıb. Tarixən formalaşmış xalqımıza məxsus milli-mənəvi dəyərlər sisteminin zənginliyindən və bu dəyərlərin insan həyatına təsirlərindən danışılıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.