Samuxda “Zərərli vərdişlər, narkomaniya və dini radikalizm, əsrimizin bəlaları” mövzusunda tədbir keçirilib
Oktyabrın 20-i Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Samux rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə Samux rayon Həsən bəy Zərdabi adına Çobanabdallı kənd tam orta məktəbində “Zərərli vərdişlər, narkomaniya və dini radikalizm, əsrimizin bəlaları” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQDİK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Rövşən Hacıyev, Samux RPİ-nin rəis müavini Arzu Məmmədov, Veteranlar Şurasının sədri Mamed Nəsibov, Narkomaniyaya qarşı mübarizə qrupunun baş inspektoru Elvin Orucov, eləcə də məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Çıxışlar zamanı gəncləri zərərli vərdişlərdən və zərərli dini cərəyanların təsirindən qorumaqda maarifləndirici tədbirlərin mühüm rolundan danışılıb. Həmçinin radikalizmin cəmiyyətə və milli-mənəvi dəyərlərimizə vura biləcəyi zərərlərdən, dini ekstremizmə və terrorçuluğa qarşı mübarizə metodlarından, bu istiqamətdə həyata keçirilən qabaqlayıcı tədbirlərin əhəmiyyətindən bəhs olunub.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

