Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
17.10.2024 / Bölgə xəbərləri

Samuxda “Yeniyetmə və gəncləri radikalizmin təsirlərindən qoruyaq!” mövzusunda tədbir təşkil olunub

Oktyabrın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə-Daşkəsən regional bölməsi və Samux Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Yeniyetmə və gəncləri radikalizmin təsirlərindən qoruyaq!” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Gəncə-Daşkəsən regional bölməsinin məsləhətçisi Rövşən Hacıyev, RİH başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər üzrə iş şöbəsinin müdir müavini Emin Şəmmədov və şagirdlər iştirak ediblər.
Çıxışlarda dini radikalizmə qarşı mübarizədə hər kəsin üzərinə böyük məsuliyyət düşdüyü vurğulanıb. Həmçinin, məktəblilərin milli-mənəvi dəyərlər və azərbaycançılıq ruhunda tərbiyə edilməsinin, vətənpərvər gənclər kimi formalaşmasının zəruriliyi diqqətə çatdırılıb. Onların zərərli vərdişlərdən və radikal dini təsirlərdən qorunmasının vacibliyi qeyd edilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.