Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
21.08.2023 / Bölgə xəbərləri

Samuxda "Radikalizmin fəsadları" mövzusu müzakirə edilib

Avqustun 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Samux rayon Heydər Əliyev Mərkəzində "Radikalizmin fəsadları" mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın bölgə üzrə şöbəsinin əməkdaşı Rövşən Hacıyev, Samux Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Emin Şəmmədov, mərkəzin müdiri Nuranə Həsənova iştirak ediblər. Çıxışlar zamanı ekstremizm və radikalizmin mahiyyəti, yaranma şəraiti, gerçəkləşdirilmə üsulları və onlardan qorunma yollarından bəhs edilib. Radikalizmlə mübarizədə ən səmərəli vasitə olan vətənpərvərlik, dövlətçilik amallarının, milli-mənəvi irsin, adət-ənənələrin insanlara aşılanması, gənc nəslin dini dözümlülük və tolerantlıq mədəniyyətinin inkişaf etdirilməsi ruhunda tərbiyə olunmasının önəmi vurğulanıb.

Sonda DQİDK-nın sifarişi ilə ərsəyə gəlmiş “Fitnə” filmi nümayiş olunub.