Samuxda maarifləndirmə tədbiri keçirilib
Aprelin 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Samux rayon Qarayeri qəsəbə 1 saylı məktəb liseydə “Multikultural cəmiyyətdə məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlər” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Rövşən Hacıyev, Rayon Polis Şöbəsinin rəis müavini Arzu Məmmədov, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Çıxışlarda multikulturalizmin Azərbaycan modelindən danışılıb. Eyni zamanda multikultural cəmiyyətdə məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlərdən bəhs olunub.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

