Samuxda maarifləndirmə tədbiri keçirilib
Oktyabrın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Samux şəhər 2 saylı tam orta məktəbində “Narkomaniya və radikalizmin fəsadları” mövzusunda maarifləndirici tədbir baş tutub.
Tədbirdə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Rövşən Hacıyev, Samux rayon Polis İdarəsinin rəis müavini Arzu Məmmədov, rayon Veteranlar Şurasının sədri Mamed Nəsibov, məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Çıxışlar zamanı narkomaniyanın fəsadlarından danışılıb. Bu cür maarifləndirmə tədbirərinin əhəmiyyəti vurğulanıb. Yeniyetmə və gənclərin narkomaniya və digər zərərli vərdişlərdən qorunması, gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində ölkədə həyata keçirilən işlərdən bəhs olunub.

