Samuxda “Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə təhdid kimi” mövzusu müzakirə olunub
Fevralın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional bölməsi, Samux Rayon İcra Hakimiyyəti (RİH) və Rayon Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı ilə Ziyadlı kənd tam orta məktəbində “Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə təhdid kimi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşı Rövşən Hacıyev, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Ağaəli Həsənov, Gənclər və İdman Sektorunun müdiri Rasim İmamquliyev, eləcə də məktəblilər iştirak ediblər.
Çıxışlar zamanı Azərbaycanda dini sahəyə göstərilən diqqət və qayğıdan, həmçinin ölkəmizdə hökm sürən sabitlikdən və inkişafdan bəhs olunub. Eyni zamanda dinin siyasiləşdirilməsinin milli təhlükəsizliyə təhdid olduğu diqqətə çatdırılıb.
Sonda Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş "Üfüqdəki gələcək" sənədli filmi nümayiş olunub.


