Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
17.01.2023 / Bölgə xəbərləri

Samuxda "Dini radikalizmə qarşı mübarizədə təhsilin rolu" mövzusu müzakirə olunub

Yanvarın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Samux şəhər 2 saylı tam orta məktəbində "Dini radikalizmə qarşı mübarizədə təhsilin rolu" mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Gəncə şöbəsinin əməkdaşı Rövşən Hacıyev, Samux rayon Polis Şöbəsinin rəis müavini Arzu Məmmədov, Rayon Veteranlar şurasının sədri Mamed Nəsibov, müəllim və şagirdlər iştirak ediblər.

Çıxışlar zamanı dini radikalizmin mahiyyəti baradə məlumat verilib. Ölkəmizdə dini ekstremizmə qarşı mübarizə tədbirlərindən bəhs olunub. Eyni zamanda bu istiqamətdə təhsilin rolu xüsusi qeyd edilib.