Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
05.07.2023 / Bölgə xəbərləri

Samuxda “Dini radikalizmdən qorunmağın yolları” mövzusu müzakirə olunub

İyulun 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsi və Samux Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini radikalizmdən qorunmağın yolları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Rövşən Hacıyev,  İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Emin Şəmmədov, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.            

Çıxışlarda dini radikalizmin yarada biləcəyi fəsadlardan bəhs olunub. Bu sahədə həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyəti vurğulanıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.