Samuxda dini radikalizm mövzusu müzakirə olunub
Fevralın 4-də Samux rayon H.Zərdabi adına Çobanabdallı kənd tam orta məktəbində “Radikal dini cərəyanların gənclərə təsiri: necə qorunmalı?” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşı Rövşən Hacıyev, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Emin Şəmmədov, Rayon Gənclər və İdman sektorunun baş məsləhətçisi Tural Qurbanov, müəllimlər və məktəblilər iştirak ediblər.
Çıxışlarda dini radikalizm, ekstremizm və onların mahiyyəti, gənclərə psixoloji təsir üsulları barədə məlumat verilib. Yeniyetmə və gənclərin radikal dini təsirlərdən qorunması istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərdən bəhs edilib. Dini radikalizm və ekstremizmin vətəndaş cəmiyyəti, hüquqi və demokratik dövlət üçün təhlükə mənbəyi olduğu vurğulanıb.