Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
05.04.2023 / Bölgə xəbərləri

Samuxda dini radikalizm mövzusu müzakirə olunub

Aprelin 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Samux rayon Alabaşlı qəsəbə tam orta məktəbində "Dini radikalizmlə mübarizə" mövzusunda tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Rövşən Hacıyev, Samux Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Emin Şəmmədov, Rayon Polis Şöbəsinin rəis müavini Arzu Məmmədov, məktəbin müəllim və şagirdlər iştirak ediblər.

Çıxışlar zamanı ölkəmizdə dini radikalizmlə mübarizə istiqamətində görülən işlər qeyd edilib. Dini ektremizmin yarada biləcəyi fəsadlardan bəhs olunub.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.