Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
03.04.2023 / Bölgə xəbərləri

Samuxda dini radikalizm mövzusu müzakirə olunub

Aprelin 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Samux rayon Yuxarı Ağasıbəyli kənd tam orta məktəbində "Dini radikalizmlə mübarizə"  mövzusunda tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Rövşən Hacıyev, Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Kəmalə Xəlilova, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Emin Şəmmədov, məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Çıxışlarda radikalizm və ekstremizmin yarada biləcəyi fəsadlardan bəhs edilib. Vurğulanıb ki, radikalizmi doğuran başlıca səbəblərdən biri də dinlər haqqında məlumatsızlıq və dini bilgilərin zəif olmasıdır.