Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
06.04.2024 / Bölgə xəbərləri

Samux və Şabran məktəblərində maarifləndirmə tədbirləri keçirilib

Aprelin 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Samux rayonunun İstixana qəsəbəsi ümumi orta məktəbində “Dini radikalizmin törətdiyi bəlalar” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın bölgə şöbəsinin əməkdaşı Rövşən Hacıyev, rayon Polis Şöbəsinin nümayəndəsi Arzu Məmmədov və məktəblilər iştirak ediblər.

Çıxışlarda dini radikalizm və ekstremizm, onların törətdiyi sosial bəlalardan bəhs olunub. Habelə dini radikalizm və ekstremizmə qarşı mübarizə sahəsində aparılan tədbirlər  barədə geniş məlumat verilib.

***

Aprelin 5-də Şabran rayonunda “Erkən nikah: hüquqi, dini və mənəvi müstəvidə” mövzusunda tədbir keçirilib. 

Tədbirə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Tağıyev, rayon Gənclər və İdman sektorunun əməkdaşı Vüsal Alışov, müəllim və məktəblilər iştirak ediblər.

Çıxışlarda bildirilib ki, bu gün bütün dünyada olduğu kimi ölkəmizdə də erkən nikahın  doğurduğu fəsadlar, cəmiyyətə vurduğu ziyan mühüm və aktual problemlərdən biri olaraq qalır. Erkən nikahla bağlı problemlərin aradan qaldırılması baxımından maarifləndirici tədbirlərin təşkili, yeniyetmə və gənclərlə müntəzəm olaraq görüşlərin keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.