Samux və İsmayıllıda dini radikalizmlə mübarizə mövzusu müzakirə olunub
Bölgələrdə dini radikalizmlə mübarizə mövzusuna həsr edilmiş tədbirlər keçirilib.
28.11.2023, Samux rayonu: Çobanabdallı kənd məktəbində “Gənclərin dini radikalizm və zərərli vərdişlərdən qorunması” mövzusunda baş tutan tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Rövşən Hacıyev, Rayon Polis Şöbəsinin məsul əməkdaşı Arzu Məmmədov, müəllimlər və məktəblilər iştirak ediblər.
29.11.2023, İsmayıllı rayonu: İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində "Radikal və ekstremist təmayüllü dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları” mövzusu müzakirə olunub. Tədbirə Dövlət Komitəsinin bölgə şöbəsinin müdiri Elnur Mehdiyev, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi, rayon İcra Hakimiyyəti, Polis Şöbəsinin əməkdaşları, müəllimlər və gənclər qatılıblar.
Çıxışlar zamanı dini radikalizm, ekstremizm və onların mahiyyəti barədə məlumat verilib. Yeniyetmə və gənclərin kənar təsirlərdən, yad dini ideologiyalardan və zərərli vərdişlərdən qorunması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edilib. Natiqlər xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin gənclər arasında fəal təbliğ edilməsinin vacibliyini diqqətə çatdırıblar. Həmçinin gənclərimizin zəngin milli-mənəvi dəyərlərimiz əsasında və vətənpərvərlik ruhunda formalaşmasının əhəmiyyətinə toxunulub.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.



