Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
26.09.2025 / Bölgə xəbərləri

Şamaxıda “Şəhidlik: vətənə sevgi və sədaqət zirvəsi” mövzusunda tədbir keçirilib

Sentyabrın 23-də Şamaxı şəhəri “Cümə” məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dağlıq Şirvan regional bölməsi, Şamaxı Rayon İcra Hakimiyyəti (RİH) və və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) bölgə qazılığının birgə təşkilatçılığı ilə “Şəhidlik: vətənə sevgi və sədaqət zirvəsi” mövzusunda tədbir keçirilib.

Tədbirdə iştirak edən DQİDK-nın Dağlıq Şirvan regional bölməsinin əməkdaşları, din xadimləri və dini icma sədrləri öncə Şamaxı şəhərində yerləşən Şəhidlər xiyabanı ziyarət ediblər. Şəhidlər xiyabanında şəhdilərimizin əziz xatirəsi yad edilib və onların ruhlarına dualar oxunub.

Çıxışlar zamanı şəhidlik anlayışının Azərbaycan xalqının mənəvi dəyərləri içərisindəki ali yerindən bəhs edilib. Gənclər və yeniyetmələrə Vətən sevgisinin aşılanmasının zəruriliyi vurğulanıb. Vətən sevgisinin müqəddəsliyi, şəhidlik anlayışı, Vətən yolunda şəhid olanların örnək həyatından danışılaraq bildirilıb ki, torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından və qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.