Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
25.12.2024 / Bölgə xəbərləri

Şamaxıda “Qalib Prezident, Müzəffər Ali Baş Komandan!” mövzusunda tədbir keçirilib

Dekabrın 24-də Şamaxı şəhər Cümə məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dağlıq Şirvan regional bölməsi, Şamaxı və Qobustan rayonlarının icra hakimiyyətləri (RİH), eləcə də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Şamaxı bölgəsi üzrə qazılığının birgə təşkilatçılığı ilə “Qalib Prezident, Müzəffər Ali Baş Komandan!” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Dağlıq Şirvan regional bölməsinin müdiri vəzifəsini icra edən Elnur Mehdiyev, Şamaxı RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rəşad Əliyev, Qobustan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Amil Vəzirli, QMİ-nin bölgə qazısı Mərəhmət Mustafayev, din xadimləri və dini icma sədrləri iştirak ediblər.

Tədbirdə DQİDK tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanan "Müzəffər Komandan" sənədli filmi nümayiş edilib.

Natiqlər Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş inkişaf strategiyasını uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyduğunu bildiriliblər. Qeyd edilib ki, ölkə rəhbərinin dövlətçilik təfəkkürünü, idarəçilik səriştəsini səciyyələndirən əsas amillər inkişaf, tərəqqi, siyasi sabitlik, sosial rifah, firavan həyat və güclü müasir Azərbaycandır. Eyni zamanda qazandığımız Şanlı Qələbənin kökündə şəxsiyyət faktoru, İlham Əliyev fenomeninin dayandığı vurğulanıb.

Tədbir müzakirələrlə davam etdirilib.