Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
26.11.2024 / Bölgə xəbərləri

Şamaxıda milli ailə dəyərlərinin təbliğində din xadimlərinin rolundan bəhs olunub

Noyabrın 26-da Şamaxı şəhər “Cümə” məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dağlıq Şirvan regional bölməsi, Şamaxı və Qobustan rayon icra hakimiyyətləri və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Şamaxı bölgəsi üzrə qazılığının birgə təşkilatçılığı ilə “Qloballaşma dövründə gənclər arasında milli ailə dəyərlərinin təbliğində din xadimlərinin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Dağlıq Şirvan regional bölməsinin müdiri vəzifəsini icra edən Elnur Mehdiyev, Şamaxı Rayon İcra Hakimiyyətinin əməkdaşı Səbuhi Həsənov, QMİ-nin bölgə qazısı Mərəhmət Mustafayev, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Çıxışlarda gənclər arasında milli ailə və əxlaq dəyərlərinin düzgün təbliğ olunmasında dinin rolundan danışılıb. Bildirilib ki, dinimizdə ailədə əxlaq dəyərlərinin öyrədilməsinə, əxlaqlı və tərbiyəli nəsillərin yetişdirilməsinə böyük yer verilir. Eyni zamanda çıxışlarda milli ailə dəyərlərinin təbliğində din xadimlərinin rolunun olduğu da vurğulanıb.
Tədbir müzakirələrlə yekunlaşıb.