Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
27.08.2024 / Bölgə xəbərləri

Şamaxıda “Mənəvi dəyərlərimiz: sülh və humanizmə baxış” mövzusunda tədbir keçirilib

Avqustun 27-də Şamaxı şəhər “Cümə” məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dağlıq Şirvan regional bölməsi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Şamaxı bölgəsi üzrə qazılığının birgə təşkilatçılığı ilə Sülh Aylığı çərçivəsində “Mənəvi dəyərlərimiz: sülh və humanizmə baxış” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın regional bölməsinin müdiri vəzifəsini icra edən Elnur Mehdiyev, Şamaxı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini  Rəşad Əliyev, QMİ-nin bölgə qazısı Mərəhmət Mustafayev, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Çıxışlar zamanı respublikamızda dini-mənəvi dəyərlərimiz və bu dəyərlərin qorunub yaşadılması sahəsində görülən işlər barədə danışılıb. Qeyd edilib ki, mənəvi dəyərlər güclü dövlətçilik, sülh və əmin-amanlıq olan yerdə formalaşır. Eyni zamanda çıxışlarda son illər ölkəmizdə milli-mənəvi dəyərlərimizin təbliği və inkişafı istiqamətində bir çox uğurlu işlərin həyata keçirildiyi bildirilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.