Şamaxıda dini radikalizm mövzusu müzakirə olunub
Martın 13-də Şamaxı Dövlət Regional Kollecində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dağlıq Şirvan regional bölməsi (DQİDK) və Şamaxı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Radikal dini cərəyanların gənclərə təsiri: necə qorunmalı?” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Dağlıq Şirvan regional bölməsinin müdiri Elnur Mehdiyev, Şamaxı RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rəşad Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Mərəhmət Mustafayev, kollecin müəllim və tələbələri iştirak ediblər.
Çıxışlarda radikal dini cərəyanlar, onların yaranma və yayılma səbəbləri, bu istiqamətdə mübarizə metodları haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, dini radikalizmə qarşı mübarizədə vətəndaşlar dövlət orqanları ilə birlikdə fəal şəkildə iştirak etməli, bu sahədə ictimai nəzarətin formalaşdırılmasına öz töhfəsini
verməlidirlər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


