Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
30.08.2023 / Bölgə xəbərləri

Şamaxıda “Dini məzhəbçilik meyllərinin milli birliyə və dini təhlükəsizliyə təsiri” mövzusu müzakirə olunub

Avqustun 29-da Şamaxı şəhər “Cümə” məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə  “Dini məzhəbçilik meyllərinin milli birliyə və dini təhlükəsizliyə təsiri” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Elnur Mehdiyev, Şamaxı və Qobustan Rayon İcra Hakimiyyətlərinin nümayəndələri - Rəşad Əliyev, Aftandil Şikarov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə qazısı Mərəhmət Mustafayev, din xadimləri, dini icma üzvləri iştirak ediblər.

Çıxışlar zamanı Azərbaycanda dini dözümlülük və multikulturalizmin hər zaman mövcud olduğu vurğulanıb. Ölkəmizdə müxtəlif dinlərin, məzhəblərin və xalqların nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində yaşadıqları qeyd edilib. Eyni zamanda dini məzhəbçilik meyllərinin milli birliyə və dini təhlükəsizliyə təsirindən bəhs olunub.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.